https://525.az/img/pics/medium/2024-02/303253_0421emrqww.jpg Nəsillər arasındakı anlaşılmazlıq: təkrarlanan "çatlar"
https://525.az/img/pics/medium/2024-03/308269_0pagv71pno.jpg AMEA-da Elm Günü qeyd olunub
https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
search
29 Mart 2024
28 Mart 2024

“Neftçi”nin veteran futbolçusunun yubileyi qeyd edilib

“Neftçi”nin veteran futbolçusunun yubileyi qeyd edilib

"Neftçi” PFK-nın prezidenti Kamran Quliyev klubun veteran futbolçusu Adil Hüseynovu 70 illik yubileyi münasibətilə təbrik edib. Yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib.

525.az xəbər verir ki, veteran futbolçu 1952-ci il oktyabrın 2-si Bakı şəhərində anadan olub. Uşaq yaşlarından  futbola böyük həvəsi olan Adil Hüseynov 7 yaşından "Neftçi"nin hazırlıq qrupunda futbolunun sirrlərini öyrənib. “Neftçi”nin sabiq futbolçusu Adil Hüseynov əfsanəvi 70-cı illər nəslinin nümayəndələrindəndir. O, futbolçu karyerası ərzində yarımmüdafiəçi mövqeyində çıxış edib.

Hazırda Azərbaycan Respublikası Ticarət və Sənaye palatasının vitse-prezidenti vəzifəsində çalışan, Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru  olan sabiq futbolçu 1973-1979-cu illərdə Bakının əfsanəvi "Neftçi" və Naxçıvanın "Araz" klublarında çıxış edib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.