525.Az

Nazir müavini: "Kənd və şəhərlər arasında inkişaf balansının artırılması hədəflənir"


 

Nazir müavini: "Kənd və şəhərlər arasında inkişaf balansının artırılması hədəflənir"<b style="color:red"></b>

"Azərbaycanın yeni strateji inkişaf mərhələsində milli iqtisadiyyatın rəqabətqabiliyyətinin, innovasiya yönümlülüyünün və maliyyə dayanıqlılığının gücləndirilməsi, iqtisadi artımın inklüziv və dayanıqlı olması üçün kənd və şəhərlər arasında inkişaf balansının artırılması hədəflənir".

525.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda bildirib.

"Hazırda dünya əhalisinin 55 %-i şəhərlərdə yaşayır. 2050-ci ilə qədər bu rəqəm 70 %-ə çatacaq. Dünyada urbanizasiya prosesi davam etdikcə dayanıqlı inkişafa nail olmaq şəhərlərin uğurlu idarə edilməsindən asılı olacaq. Həm şəhər, həm də kənd əhalisinin həyatını yaxşılaşdırmaq üçün inteqrasiya olunmuş siyasətlərə ehtiyac var. Məqsədlərə nail olmaq üçün atılan addımlar nəticəsində şəhərlə kənd yerləri arasında yaşayış standartları arasındakı fərqlər azaldılacaq. Regionların iqtisadi və təbii potensialında səmərəli istifadə ediləcək", - deyə o, qeyd edib.

"Azərbaycanın uzunmüddətli inklüziv inkişaf modelinə uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə müasir istehsal infrastrukturunun yaradılması, müasir texnologiyaların tətbiqinə yönəlmiş investisiyaların cəlb edilməsi, bölgənin potensialının effektiv reallaşdırılması əsas hədəfdir. bu məqsədlə işğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parklarında sahibkarlar üçün hər cür şərait yaradılıb", - deyə nazir müavini əlavə edib.

 





05.10.2022    çap et  çap et