525.Az

“BMT Azərbaycan ərazilərinin minalardan təmizlənməsini dəstəkləyir”


 

“BMT Azərbaycan ərazilərinin minalardan təmizlənməsini dəstəkləyir”<b style="color:red"></b>

“BMT Azərbaycan ərazilərinin minalardan təmizlənməsini dəstəkləyir”.

525.az  xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreyeva Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, BMT-nin Azərbaycandakı nümayəndəliyi iqtisadiyyat, ətraf mühit və “Böyük Qayıdış” proqramına dəstək verməyə hazırdır.

V.Andreyeva əlavə edib ki, ümumiyyətlə, BMT-nin prioritetləri Azərbaycanın prioritetlərinə uyğundur.

O xatırladıb ki, bu ilin martında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma ehtiyaclarının Bərpa və Sülh Quruculuğunun Qiymətləndirilməsi (RPBA) metodologiyası əsasında qiymətləndirilməsi üzrə BMT, Avropa İttifaqı (Aİ), Dünya Bankının ekspertlərindən ibarət missiyası Azərbaycana səfərə gəlib: “Bu missiya Ağdam rayonunda da işlər aparıb”.

 





05.10.2022    çap et  çap et