525.Az

Özbəkistanın xarici işlər naziri Bakı-Səmərqənd-Bakı aviareysinin açılmasına münasibət bildirib


 

Özbəkistanın xarici işlər naziri Bakı-Səmərqənd-Bakı aviareysinin açılmasına münasibət bildirib<b style="color:red"></b>

Özbəkistanın xarici işlər naziri Vladimir Norov Bakı-Səmərqənd-Bakı aviareysinin açılmasına münasibət bildirib.

525.az-ın  məlumatına görə, bu barədə o, özünün tviter səhifəsində yazıb.

“Dünən “Fly Khiva” və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Özbəkistanın Azərbaycandakı səfirliyi ilə birgə təşkil etdiyi Bakı-Səmərqənd-Bakı marşrutu üzrə ilk uçuş həyata keçirilib”, - paylaşımda deyilir.

O, reyslərin həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri müntəzəm olaraq həyata keçiriləcəyini əlavə edib.

“Artıq azərbaycanlı dostlarımızla daha tez-tez görüşəcəyik”, - Vladimir Norov yazıb.

Xatırladaq ki, oktyabrın 5-nə keçən gecə Bakı-Səmərqənd reysinin ilk təyyarəsi Səmərqənd (Özbəkistan) hava limanına uğurla eniş edib.

 





05.10.2022    çap et  çap et