525.Az

ABŞ Ukraynaya əlavə hərbi yardım edəcək


 

ABŞ Ukraynaya əlavə hərbi yardım edəcək<b style="color:red"></b>

ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığında Ukraynaya 625 milyon dollarlıq yeni təhlükəsizlik yardımı ayırdığını açıqlayıb.

525.az CNBC-ə istinadən xəbər verir ki, Ağ Evdən verilən yazılı açıqlamaya görə, Bayden bu gün Zelenski ilə telefon danışığı aparıb. ABŞ-ın Rusiyanın Ukraynanı istismar etməyinin heç vaxt tərəfdarı olmayacağını vurğulayan Bayden Ukraynaya yardımlarını hər zaman davam etdirəcəyini və 625 milyon dollarlıq yeni təhlükəsizlik yardımı ayırdıqlarını bildirib.

Yardım paketinə "HIMARS" çoxlüləli reaktiv yaylım atəşi sistemləri, top sistemləri daxil olmaqla silahlar və hərbi sursatların olduğunu vurğulayan Bayden, Rusiyanın işğal səylərini dəstəkləyənlərə qarşı sərt sanksiyalara hər zaman hazır olduqlarını qeyd edib. Bayden, İstanbulda imzalanan və Ukrayna taxılının beynəlxalq bazara çıxış imkanı verən taxıl dəhlizi sazişini alqışladıqlarını ifadə edib. Həmçinin, o, Ukraynanın azadlığı və demokratiyası üçün beynəlxalq səyləri hər zaman dəstəkləyəcəklərini deyib.

Qeyd edək ki, ABŞ-ın Ukraynaya ümumi hərbi yardımı 17,5 milyard dolları keçib.

Məhəmməd Tağıyev

 





05.10.2022    çap et  çap et