525.Az

ABŞ və Yaponiya Şimali Koreyanın raket sınağını müzakirə edib


 

ABŞ və Yaponiya Şimali Koreyanın raket sınağını müzakirə edib<b style="color:red"></b>

ABŞ prezidenti Co Bayden Yaponiyanın Baş naziri Kişida Fumio ilə telefon danışığında Şimali Koreyanın uzaqmənzilli ballistik raket sınağını pisləyərək Yaponiyaya dəstəyini təkrarlayıb.

525.az xəbər verir ki, Ağ Evdən verilən yazılı açıqlamaya görə, Bayden bu gün Kişida ilə telefon danışığında Şimali Koreyanın oktyabrın 3-də Yaponiya üzərində uzun mənzilli ballistik raket sınağından sonra Yaponiyanın müdafiəsinə sarsılmaz dəstəyini təkrarlayıb. Şimali Koreyanın bu cəhdindən təəssüflənən, iki lider bu sınağın yapon xalqı üçün təhlükə yaratdığını, regionda sabitliyi pozduğunu və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (UNSCO) qətnamələrinin açıq şəkildə pozulması olduğunu vurğulayıblar.

Cənubi Koreya ilə uzunmüddətli perspektivdə ikitərəfli və üçtərəfli əməkdaşlığın davam etdirilməsini vurğulayan Bayden və Kişida Şimali Koreyanın qeyri-qanuni ballistik raketlər və kütləvi qırğın silahları inkişaf etdirməsinin qarşısını almaq üçün hər cür səy göstəriləcəyini bəyan ediblər.

Qeyd edək ki, Yaponiya Müdafiə Nazirliyi Şimali Koreyanın atdığı ballistik raketin Yaponiyanın şimal-şərqindən keçərək Sakit okeana düşdüyünü bildirib.

Məhəmməd Tağıyev

 





05.10.2022    çap et  çap et