525.Az

“Nobel”də üç fizik qalib olub


 

“Nobel”də üç fizik qalib olub<b style="color:red"></b>

Fizika üzrə 2022-ci il “Nobel” mükafatı kvant mexanikası üzrə işlərinə görə fransız fiziki Alen Aspect, amerikalı nəzəri və eksperimental fizik Con F. Klauzer və avstriyalı kvant fiziki Anton Zeilingerə layiq görülüblər.

525.az xəbər verir ki, İsveç Krallığı Elmlər Akademiyasından verilən açıqlamaya görə, alimlər kvant kompüterləri, şəbəkələri və təhlükəsiz şifrəli rabitə üçün yol açan kvant mexanikası sahəsində kəşflərinə görə bu mükafata layiq görülüblər. 

Bildirilib ki, elm adamları kvant hesablamaları, məlumatların işlənməsi və onlayn parol formaları da daxil olmaqla, yeni nəsil texnologiyalara imkan verən “İkinci Kvant İnqilabı”na ​​yol açıblar. 10 milyon İsveç kronu dəyərində Nobel mükafatını paylaşacaq üçlük mükafatlarını dekabrın 10-da Stokholmda keçiriləcək rəsmi mərasimdə alacaq.

Malik Atilay

 





05.10.2022    çap et  çap et