525.Az

Xoyda dəhşətli zəlzələ baş verib


 

Xoyda dəhşətli zəlzələ baş verib<b style="color:red"></b>

İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində baş verən zəlzələ nəticəsində 276 nəfər xəsarət alıb.

525.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, yerli vaxtla saat 03.51-də 5,4 bal gücündə baş verən zəlzələnin, episentri Xoy şəhəri olub. 

Yerin 10 kilometr dərinliyində baş verən zəlzələ ətraf şəhərlərdə də hiss olunub. 

İlkin hesablamalara görə, zəlzələ nəticəsində 276 nəfər xəsarət alıb, 200-ə yaxın binaya kiçik ziyan dəyib. 

Fövqəladə Hallar və Təcili Yardım Rəhbərliyi episentrinin Vanın Başkale rayonundan təxminən 62 kilometr aralıda olduğu təsbit edilən zəlzələnin 5,6 bal gücündə olduğunu açıqlayıb. 

Sosial şəbəkələrdə yeraltı təkanların Türkiyənin Van və Haqqari şəhərlərində də hiss olunduğu bildirilib.

Malik Atilay

 





05.10.2022    çap et  çap et