525.Az

SSRN sistemində UNEC-ə məxsus 143 elmi əsər mövcuddur


 

SSRN sistemində UNEC-ə məxsus 143 elmi əsər mövcuddur<b style="color:red"></b>

“Elsevier” şirkətinin məhsulu olan SSRN sistemi dünyanın məşhur preprint tətbiqlərindən biridir.

Lens.org platformasının verilənlərinə əsasən, SSRN sistemində Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) məxsus 143 elmi əsər mövcuddur.

Bu barədə 525.az-a UNEC-dən məlumat verilib. 

Bildirilib ki, SSRN bazasında preprint formatında toplanan elmi əsərlər nüfuzlu elmi jurnallar tərəfindən nəzərdən keçirilir və iki tərəfin razılığı ilə nəşri təmin edilir. Tədqiqatçılar SSRN müəllif hesabına əlavə olunan elmi əsərlərinin metrik göstəricilərinə (yəni xülasəsinə baxış, məqaləsinin yüklənmə sayı, ona istinad olunan əsərləri və istinad saylarını və məqalənin bu bazada olan elmi əsərlər arasında öz elmi istiqaməti üzrə reytinq göstəricisini) bu sistem üzərindən nəzarət edə bilirlər.

Sevinc Qarayeva

 

 





05.10.2022    çap et  çap et