525.Az

Nigeriya “Meta”nı məhkəməyə verib


 

Nigeriya “Meta”nı məhkəməyə verib<b style="color:red"></b>

Nigeriya hökuməti "Facebook", "Instagram" və "WhatsApp"ın sahibi “Meta”nı ölkədə təsdiqlənməmiş reklam məhsullarına xidmət göstərməkdə ittiham edərək məhkəməyə verib.

525.az xəbər verir ki, Nigeriya Reklam Tənzimləmə Şurasının (ARCON) verdiyi açıqlamada, Nigeriya bazarlarında "Facebook", "Instagram" və "WhatsApp"da reklamların hökumət tərəfindən təsdiqlənmədiyi bildirilib. ARCON Abuja Federal Məhkəməsində “Meta”nı ölkədə təsdiqlənməmiş reklam məhsulları təklif etməkdə günahlandırıb və hökumət “Meta”dan 30 milyard naira (təxminən 70 milyon dollar) təzminat tələb edib.

“Meta”nın davamlı reklamının federal hökumətə pul bahasına başa gəldiyini iddia edən açıqlamada: "ARCON Nigeriya reklam məkanında qeyri-etik və məsuliyyətsiz reklamlara icazə verməyəcəyini bir daha təkrarlayır", - deyə qurumdan bildirilib. Dəfələrlə ölkədə sosial medianı tənzimləməyə söz verən hökumət, iyun ayında xarici sosial media şirkətlərinin fəaliyyətinə rəhbərlik edəcəyini bildirən qanun layihəsini dərc edib. Tənzimləmə şirkətlərdən hökumətin milli təhlükəsizliyə zidd hesab etdiyi məzmunu silməyi tələb edir.

Məhəmməd Tağıyev

 





05.10.2022    çap et  çap et