525.Az

Almaniya təzminat ödəməyəcək


 

Almaniya təzminat ödəməyəcək<b style="color:red"></b>

Almaniyanın xarici işlər naziri Annalena Baerbok İkinci Dünya Müharibəsi ilə əlaqədar Polşanın təzminat tələbini qəti şəkildə rədd edib.

525.az Almaniya mediasına istinadən xəbər verir ki, Baerbok 7-ci Varşava Təhlükəsizlik Forumu ilə əlaqədar Polşa paytaxtına səfəri zamanı mətbuat konfransı keçirib. 

Ölkəsi ilə Polşa arasında İkinci Dünya Müharibəsi təzminatları məsələsinə toxunan Baerbok həmkarı Zbiqnev Rauya müraciət edərək, “Almaniya hökumətinin nöqteyi-nəzərindən, bildiyiniz kimi, təzminat məsələsi bağlanıb”, - deyib. 

Rau dünən təxminən 1,3 trilyon avro təzminat tələb edən rəsmi memorandum imzalayıb.

Almaniya rəsmisi müharibədən sonrakı illərdə Şərq Bloku ölkələrinə təzminat ödəndiyini və torpaqlarının müəyyən hissəsinin Polşaya verildiyini xatırladıb.

Malik Atilay

 





05.10.2022    çap et  çap et