525.Az

"Canon" 50 milyard investisiya edəcək


 

"Canon" 50 milyard investisiya edəcək<b style="color:red"></b>

Təsvir avadanlığı istehsalçısı "Canon" yarımkeçirici çiplər istehsal edən cihazların istehsalını artırmaq üçün 50 milyard yen (345 milyon dollar) yatırım edəcək.

525.az xəbər verir ki, yapon şirkətinin mənbələrinə əsaslanan Kyodo agentliyinin xəbərinə görə, "Canon" çip istehsal edən cihazların istehsalına 50 milyard yen (345 milyon dollar) sərmayə qoyacaq. Paytaxtın şimalında yerləşən Toçigi rayonundakı fabrik ərazisində 2023-cü ildə qurulacaq qurğu ilə yarımkeçirici litoqrafiya avadanlığı istehsalının iki dəfə artırılması hədəflənir. 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan obyektlə "Canon" eyni zavodda daha aşağı qiymətə yarımkeçirici çiplər istehsal etmək üçün yeni nəsil avadanlıq istehsal etməyi də planlaşdırır.

Qeyd edək ki, "Canon" Tokionun şimal-şərqindəki İbarakidə, eləcə də Toçiqidə yarımkeçirici litoqrafiya avadanlığı istehsal edən müəssisəyə malikdir.

Məhəmməd Tağıyev

 





05.10.2022    çap et  çap et