525.Az

Finlandiyada Leninin sonuncu heykəli də götürülüb


 

Finlandiyada Leninin sonuncu heykəli də götürülüb<b style="color:red"></b>

Finlandiyanın cənub-şərqindəki Kotka şəhərində Rusiya-Ukrayna müharibəsindən sonra sakinlərin təzyiqiylə Rusiya inqilabının lideri Vladimir Leninin heykəli ictimai ərazidən götürülüb, beləliklə, ölkədə ictimai yerlərdə ona aid heykəl qalmayıb.

525.az xəbər verir ki, Rusiya sərhədinə yaxın Kotkada bir qrup inşaat işçisi Leninin ictimai heykəlini yük maşınına yükləyib və yerli muzeyin anbarına aparıblar. Şəhər muzeyinin direktoru Kirsi Niku bildirib ki, bürünc büst Moskvanın sifarişi ilə 1970-ci illərin sonunda eston heykəltəraş Matti Varik tərəfindən layihələndirilib və hazırlanıb.

Qeyd edək ki, Leninin heykəli Kotkadakı mərkəzi parkda yerləşirdi və illər keçdikcə müəyyən hissəsi dağılmışdı.

Məhəmməd Tağıyev

 





05.10.2022    çap et  çap et