525.Az

Daxili İşlər Nazirliyində partlayış


 

Daxili İşlər Nazirliyində partlayış<b style="color:red"></b>

Əfqanıstanın paytaxtı Kabildə Taliban müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyinin şəhərciyində yerləşən məsciddə günorta namazı vaxtı güclü partlayış baş verib.

525.az xarici KİV-ə əsasən xəbər verir ki, Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Nafi Takur mətbuata açıqlamasında partlayışı təsdiqləyib.

Ölən və yaralananların sayı ilə bağlı açıqlama verməyən Takur hadisənin araşdırıldığını bildirib. Təhlükəsizlik tədbirləri görən Taliban qüvvələri tərəfindən Daxili İşlər Nazirliyinin girişləri bağlanarkən, mətbuat mənsublarına şəkil çəkdirməyə icazə verilməyib. 

Kabildə, Deşt-i Berçi rayonundakı təhsil müəssisəsində baş verən partlayışda 46-sı gənc qız tələbə olmaqla 53 nəfər həlak olub.

Malik Atilay

 





05.10.2022    çap et  çap et