525.Az

Mərkəzi Elmi Kitabxana Beynəlxalq Kitab Sərgisində təmsil olunur


 

Mərkəzi Elmi Kitabxana Beynəlxalq Kitab Sərgisində təmsil olunur<b style="color:red"></b>

Oktyabrın 5-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı  ilə Bakı Ekspo Mərkəzində VIII Bakı Beynəlxalq Kitab Sərgisi işinə başlayıb.

525.az xəbər verir ki, təmsil olunan müəssisələr arasında AMEA-nın Mərkəzi Elmi Kitabxanası da var. MEK öz stendində dövlətçiliyə, Azərbaycan mədəniyyətinə, tarixinə dair kitablar sərgiləyir. “Böyük qayıdış”, “Zəfərə aparan yol”, “Qarabağ tarixi-mədəni irsimizdən”, “Hər biri qəhrəmandır”, həmçinin MEK-in öz nəşri olan “Qırx dörd günün salnaməsi. Vətən müharibəsi”, "Şuşa İli" çərçivəsində MEK-in fondlarında olan sənədlər əsasında nəşr olunmuş biblioqrafik göstərici “Şuşa 270”, “2021-ci ildə AMEA Mərkəzi Elmi Kitabxanasının fondlarına daxil olmuş ədəbiyyatın biblioqrafik göstəricisi”, “Nizami Gəncəvi. AMEA Mərkəzi Elmi Kitabxanasının fondunda olan materiallar əsasında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş biblioqrafik göstərici” və digər biblioqrafik əsərlər yer alır.

Qeyd edək ki, oktyabrın 9-dək davam edəcək sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master-klaslar, müxtəlif musiqi nömrələri, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək. Sərgi müddətində müxtəlif formatda 200-dən çox tədbirin təşkili nəzərdə tutulur.

 





05.10.2022    çap et  çap et