525.Az

Erməni diversiya qrupunun Kəlbəcər və Daşkəsəndə basdırdığı növbəti 230 mina aşkarlanıb


 

Erməni diversiya qrupunun Kəlbəcər və Daşkəsəndə basdırdığı növbəti 230 mina aşkarlanıb <b style="color:red"></b>

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı basdırılan minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində görülən işlər davam etdirilir.

Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, erməni diversiya qruplarının Kəlbəcər rayonu ərazisində basdırdığı növbəti 118 ədəd PMN-Э tipli piyada əleyhinə və 4 ədəd TM-62M tipli tank əleyhinə mina, həmçinin Daşkəsən rayonu ərazisində 108 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar olunub.

Aşkar edilən bütün minalar mühəndis-istehkamçılarımız tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə fəaliyyətlərini yüksək peşəkarlıqla icra edir.

 

 

 

 

 





05.10.2022    çap et  çap et