525.Az

İranda növbəti zəlzələ olub, Naxçıvanda hiss edilib


 

İranda növbəti zəlzələ olub, Naxçıvanda hiss edilib<b style="color:red"></b>

İran ərazisində 5,1 bal gücündə zəzələ baş verib.

Bu barədə 525.az-a Milli Seysmologiya Xidmətindən xəbər verilib.

Bildirilib ki, zəlzələ yerli vaxtla saat 17:51-də Naxçıvan stansiyasından 92 km cənub-qərbdə, İran ərazisində qeydə alınıb. Naxçıvan Muxtar Respublikasında 4-3 bala qədər hiss olunub.

Qeyd edək ki, bu gün saat 04:21-də Naxçıvan stansiyasından 80 km cənub-qərbdə, İran ərazisində 5,9 maqnitudalı zəlzələ olub.

 





05.10.2022    çap et  çap et