525.Az

Cənubi Koreya ordusunun raket sınağı uğursuz olub


 

Cənubi Koreya ordusunun raket sınağı uğursuz olub<b style="color:red"></b>

Cənubi Koreyada təlim zamanı atıldıqdan sonra yerə çırpılan raket insanlarda panika yaradıb.

525.az xəbər verir ki, Cənubi Koreya ordusunun təlim zamanı atdığı "Hyunmoo-2" ballistik raketi Qanqneunq şəhərindəki hərbi baza ərazisinə düşüb. Ərazi yaxınlığında yaşayan rayon sakinləri arasında can itkisi olmasa da, partlayış nəticəsində sakinlər böyük panika yaşayıb.

Cənubi Koreya ordusu raket sınağı narahatlıq yaratdığı üçün üzr istəyib.

Raketin düşdüyü əraziyə yaxın yerdə yaşayan insanlar partlayış səsi eşitdiklərini ifadə edərək, hərbi bazadan yüksələn tüstü və alov görüntülərini paylaşıblar.

Sevil Seymur

 





05.10.2022    çap et  çap et