525.Az

Azərbaycanda mina qurbanlarının sayı 3 336-ya çatıb


 

Azərbaycanda mina qurbanlarının sayı 3 336-ya çatıb<b style="color:red"></b>

Ermənistanın minalardan kortəbii istifadəsi yaralanmalara və iztirablara səbəb olur.

525.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov "Twitter"də bildirib.

"Ermənistan tərəfindən minaların kortəbii istifadəsi və minaların basdırılmasına hələ də davam edilməsi yaralanmalara və iztirablara səbəb olur. Ötən 30 il ərzində mina qurbanlarının sayı 38-i qadın, 357-si uşaq olmaqla 3 336-ya çatıb. Bunların 257-si 2020-ci il müharibəsindən sonrakı qurbanlardır", - nazir qeyd edib.

 





05.10.2022    çap et  çap et