525.Az

Son 1 ildə 47,7 milyon quş məhv edilib


 

Son 1 ildə 47,7 milyon quş məhv edilib<b style="color:red"></b>

Avropanın qida təhlükəsizliyi və xəstəliklərin qarşısının alınması agentliklərinin son məlumatlarına görə, son bir ildə Böyük Britaniya və Avropa ölkələrində quş qripi hallarına görə 47,7 milyon quş məhv edilib.

525.az İngiltərə mediasına istinadən xəbər verir ki, dünən dərc edilən və 2021-ci ilin oktyabrından 2022-ci ilin sentyabrına qədər olan hadisələri əhatə edən hesabata görə, ev quşlarında 2467, qəfəs quşlarında 187, çöl quşlarında isə 3573 quş qripi qeydə alınıb.

Məlumata görə, virus Avropanın 37 ölkəsini əhatə edib. Avropa Qida Təhlükəsizliyi Təşkilatı, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi və Quş Qripi üzrə Avropa İttifaqının Referans Laboratoriyası tərəfindən hazırlanan hesabatda bildirilir ki, Azərbaycanda 161 yüksək patogenli quş qripi hadisəsi aşkar edilib. 

Böyük Britaniya hökuməti istehsal üçün saxlanılan 20 milyon quşla müqayisədə öldürülən quşların sayının "çox aşağı" olduğunu bildirib. İngiltərədə bu tarixlər arasında çöl quşlarında 1727 quş qripi aşkar edilib. Bildirilib ki, bu hallar ölkənin 406 müxtəlif bölgəsində 59 quş növü arasında yayılıb.

Malik Atilay

 





05.10.2022    çap et  çap et