525.Az

Yango “Miniven” tarifini istifadəyə verib  


 

Yango “Miniven” tarifini istifadəyə verib  <b style="color:red"></b>

Yango xidməti Bakıda böyük ailələr və ya dostlar qrupu üçün uyğun olan yeni “Miniven” tarifini istifadəyə verib. Bu xidmət hamı birlikdə hava limanına, şəhər kənarına və ya qonaq gedən zaman lazım olacaq.

525.az xəbər verir ki, tarif üzrə səfərlər Mercedes-Benz Viano, Mercedes-Benz Vito, Hyundai H-1 və digər iri tutumlu avtomobillər tərəfindən həyata keçirilir. Onlara 7-yə yaxın sərnişin yerləşir. Bundan başqa çamadanları və digər irihəcmli əşyaları daşımaq da rahatdır.

Səfərlərin qiyməti 2,5 manatdan başlayır. Gediş haqqını nağd və ya tətbiqdən istifadə etməklə bank kartı ilə ödəyə bilərsiniz.

Yango beynəlxalq onlayn xidməti 2022-ci ilin iyulunda Bakıda istifadəyə verilib. Xidmətin əsas üstünlüyü istifadəçilərə rahat və eyni zamanda sərfəli səfərlər təqdim edən, sürücülərə isə dayanma vaxtlarını azaltmağa, sifarişlərin və qazancların sayını artırmağa kömək edən marşrutlaşdırma texnologiyaları, naviqasiya və alqoritmlərdir.
 
Pulsuz Yango proqramı  iOS и Android üçün əlçatandır. Yango Azərbaycan, ingilis və digər dilləri dəstəkləyir.

 





06.10.2022    çap et  çap et