525.Az

Azərbaycan millisi FİFA reytinqində 5 pillə irəliləyib


 

Azərbaycan millisi FİFA reytinqində 5 pillə irəliləyib<b style="color:red"></b>

Milli komandaların FİFA reytinqi açıqlanıb.

525.az saytının məlumatına görə, Azərbaycan millisi dünyanın 123-cü komandasıdır.

Komandamızın aktivində 1146,72 xal var. Canni de Byazinin yetirmələri ötən cədvəllə müqayisədə 19,55 xallıq qazancla 5 pillə irəliləyib.

Buna millimizin qələbələri səbəb olub. Yığmamız Millətlər Liqasında Slovakiyanı 2:1, Qazaxıstanı 3:0 hesabı ilə məğlub edib. Komandamız 5 ölkəni - Malavi, Zimbabve, Qambiya, Toqo və Komor adalarını keçib.

Qardaş Türkiyə yığması 1460,14 xalla 45-cidir. “Ay-ulduzlular” ötən cədvəllə müqayisədə üç pillə geriləyib.

Qeyd edək ki, cədvələ 1841,30 xalla Braziliya başçılıq edəcək.

 





06.10.2022    çap et  çap et