525.Az

Azad olunmuş ərazilərdə arxeoloji abidələrin bərpasına başlanılıb


 

Azad olunmuş ərazilərdə arxeoloji abidələrin bərpasına başlanılıb<b style="color:red"></b>

Azad olunmuş ərazilərdə arxeoloji abidələrin bərpasına başlanılıb.

525.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Milli Şəhərsalma Forumu çərçivəsində keçirilən "Mədəni və tarixi irsin post-konflikt dövründə bərpası" sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, Üzərliktəpə, Qullərtəpə və Yedditəpə kimi arxeoloji abidələrin qorunması üçün addımlar atılıb: “Üzərliktəpədə arxeoloji qazıntılar təşkil olunub. Hazırda Füzulidəki Yedditəpədə qazıntı işləri aparılır”.

Nazir o cümlədən, işğaldan azad olunmuş ərazilərdə tarix və mədəniyyət abidlərinin qorunması və bərpası ilə bağlı yol xəritəsinin təsdiqləndiyini vurğulayıb: “Bu yol xəritəsi yerli və xarici ekspertlərlə birgə işlənərək hazırlanıb. Bərpa prosesi 6 mərhələdən ibarətdir”.

 





06.10.2022    çap et  çap et