525.Az

Ədəbiyyat üzrə Nobel mükafatının qalibi məlum olub


 

Ədəbiyyat üzrə Nobel mükafatının qalibi məlum olub<b style="color:red"></b>

İsveçin paytaxtı Stokholm şəhərində Ədəbiyyat üzrə 2022-ci il Nobel mükafatı qalibinin adı açıqlanıb.

525.az Nobel Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, qalibin elan olunma mərasimi İsveç Kral Elmlər Akademiyasında keçirilib.

Ədəbiyyat üzrə 2022-ci il Nobel mükafatının qalibi fransız yazıçı Annie Ernaux olub.

Qeyd edək ki, mükafatın ötənilki qalibi əslən Tanzaniyadan olan Britaniya yazıçısı Əbdülrəzaq Qurna olub.

 





06.10.2022    çap et  çap et