525.Az

Peyvənd olunanların sayı açıqlanıb


 

Peyvənd olunanların sayı açıqlanıb<b style="color:red"></b>

Azərbaycanda son sutkada koronavirus (COVİD-19) əleyhinə 856 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 341, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 162, üç və daha çox doza vaksin vurduranların sayı 301 pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 52 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 895 899, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 384 745, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 868 317, üç və daha çox doza vaksin vurduranların sayı 3 380 801, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 262 036 təşkil edir.

 

 





06.10.2022    çap et  çap et