525.Az

Əli Əsədov İranın birinci vitse-prezidenti ilə görüşüb


 

Əli Əsədov İranın birinci vitse-prezidenti ilə görüşüb<b style="color:red"></b>

Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyaya işgüzar səfəri çərçivəsində Moskvada İranın birinci vitse-prezidenti Məhəmməd Mohberlə görüşüb.

Bu barədə 525.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycan-İran ikitərəfli münasibətlərinin siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Həmçinin ikitərəfli gündəliyə aid olan məsələlər, o cümlədən Azərbaycan ilə İran arasında nəqliyyat-kommunikasiya xətlərinin inkişafı və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 





06.10.2022    çap et  çap et