525.Az

Serbiyada 200 immiqrant saxlanılıb


 

Serbiyada 200 immiqrant saxlanılıb<b style="color:red"></b>

Serb polisi Macarıstan sərhədində keçirdiyi əməliyyatda 200 immiqrantı yaxalayıb. İmmiqrantlardan külli miqdarda silah və pul ələ keçirilib.

525.az Serbiya mediasına istinadən xəbər verir ki, polisdən verilən açıqlamada Serbiyanın Macarıstanla sərhədində yerləşən Srpski Krsturda keçirilən əməliyyatda 200 immiqrantın həbs edildiyi deyilib. Saxlanılanlardan bəziləri dövlət tərəfindən qurulan düşərgələrə aparılıb, bəziləri isə məhkəmə prosesi üçün nəzarətə alınıb.

Açıqlamada polisin 3 tapança, avtomat, bıçaq və pul da ələ keçirdiyinə diqqət çəkərək, əməliyyatın Serbiya, Macarıstan və Avstriya arasında Avropaya artan immiqrant axınının dayandırılması üçün əldə edilən razılaşmadan 2 gün sonra həyata keçirildiyi bildirilib. 

Daxili işlər naziri Aleksandar Vulin bildirib ki, Serbiya heç vaxt cinayətkarların gəlib qaldığı ölkə olmayacaq.

Qeyd edək ki, yüzlərlə miqrant Serbiyanın Macarıstanla sərhədindəki müvəqqəti düşərgələrdə qalır.

Malik Atilay

 





06.10.2022    çap et  çap et