525.Az

İranda nümayişlərdə saxlanılanların orta yaşı 15-dir


 

İranda nümayişlərdə saxlanılanların orta yaşı 15-dir<b style="color:red"></b>

İranda saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra ölkə daxilində başlayan nümayişlər 20-ci gündə də davam edir.

525.az İranın rəsmi xəbər agentliyi İRNA-ya istinadən xəbər verir ki, İnqilab Keşikçiləri Ordusu Baş Komandanının müavini Əli Fedevi ölkədə davam edən etirazlar zamanı saxlanılanların orta yaşının 15 olduğunu bildirib.

Məhsa Əmini üçün küçələrə çıxan gənclərin aldadıldığını bildirən Fedevi "Ölkəmizdə küçə etirazları və iğtişaşlarda saxlanılanların orta yaş həddi 15-dir. Bu gənclər lazımi təhsil və təlimatdan məhrum olmuşlar. Saxlanılan gənclərdən bəziləri başladıqları küçə iğtişaşlarını bir növ kompüter oyununa bənzədirlər. Xüsusilə sosial media və internetin təsiri altında düşmənin qurbanına çevrilirlər”, – deyə bildirib.

Sevil Seymur

 





06.10.2022    çap et  çap et