525.Az

İlk dəfə rus kosmonavtı "SpaceX" ilə kosmosa uçub


 

İlk dəfə rus kosmonavtı "SpaceX" ilə kosmosa uçub<b style="color:red"></b>

Amerikanın "SpaceX" şirkətinin Dragon kapsulu Kennedi Kosmik Bazasından orbitə buraxılıb. 3 astronavt və 1 kosmonavtı daşıyan kapsulun Beynəlxalq Kosmik Stansiyaya getməsi 29 saat çəkəcək.

525.az NASA-ya istinadən xəbər verir ki, Amerikanın “SpaceX” şirkətinin Dragon kapsulu Beynəlxalq Kosmik Stansiyaya uçub. Dragon kapsulunu daşıyan "Falcon 9" raketi Floridadakı Kennedi Kosmik Mərkəzindən səmaya qalxıb. Bu dəfə təkrar istifadə oluna bilən kommersiya kapsulunda 2 amerikalı, 1 yapon astronavtı və 1 rus kosmonavtı var. Səfərin təxminən 29 saat çəkəcəyi gözlənilir. Elmi tədqiqat missiyası ilə stansiyaya gedən komandanın kosmik missiyası 150 gün davam edəcək. Amerikalı astronavt Nikol Mann kosmosa səyahət edən ilk yerli amerikalı qadın olub. Buraxılışın birinci mərhələsi uğurla başa çatıb, təkrar istifadə oluna bilən raket yerə qayıdıb və okean platformasına düşüb.

Qeyd edək ki, Dragon kapsulu, “SpaceX” şirkətinin NASA ilə imzaladığı 2 milyard 600 milyon dollarlıq müqavilə çərçivəsində 2012-ci ilin oktyabr ayından etibarən müntəzəm uçuşlarına başlayıb.

Məhəmməd Tağıyev

 





06.10.2022    çap et  çap et