525.Az

Daşqınlar 650 mindən çox insanı didərgin salıb


 

Daşqınlar 650 mindən çox insanı didərgin salıb<b style="color:red"></b>

Nigeriyanın cənub-şərqindəki Anambra əyalətində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 650 mindən çox insan didərgin düşüb.

525.az xəbər verir ki, Nigeriya Milli Fövqəladə Halların İdarə Olunması Agentliyinin (NEMA) Anambra koordinatoru vəzifəsini icra edən Tikman Tanimu verdiyi açıqlamada ştatda güclü yağışların səbəb olduğu daşqınların insanların həyatına mənfi təsir etdiyini bildirib. Təbii fəlakət səbəbindən 651 min 53 adamın evsiz qaldığını qeyd edən Tanimu, bu insanların yerlərini tərk edərək müvəqqəti düşərgələrə sığındıqlarını bildirib.

Tanimu qeyd edib ki, NEMA qrupları evləri, əkin sahələrini, məktəbləri, sağlamlıq mərkəzlərini və digər kritik infrastrukturları mühafizə etmək üçün daşqını müşahidə ediblər. Anambra əyalət hökumətindən verilən açıqlamada sel fəlakəti səbəbindən ibtidai, orta və liseylərdə təhsilin dayandırıldığı qeyd edilib. Nigeriyada davam edən yağışların səbəb olduğu daşqınlarda 500-ə yaxın insan isə həyatını itirib.

Qeyd edək ki, iqlim dəyişikliyi və ətraf mühit üzrə ekspertlər ölkədə 53 milyon insanın daşqın təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq ediblər.

Məhəmməd Tağıyev

 





06.10.2022    çap et  çap et