525.Az

Azərbaycan Ermənistanın NATO Parlament Assambelyasından çıxarılmasını tələb edib


 

Azərbaycan Ermənistanın NATO Parlament Assambelyasından çıxarılmasını tələb edib<b style="color:red"></b>

Azərbaycan Ermənistan nümayəndə heyətinin NATO Parlament Assambelyasından çıxarılması məsələsini qaldırıb.

APA-nın məlumatına görə, bununla bağlı rəsmi təklifi qurumun bu gün Bakıda keçirilən “Cənubi Qafqaz: Çağırışlar və imkanlar" adlı 86-cı “Rose-Roth” seminarında Azərbaycanın NATO PA-da nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov təqdim edib.
 
Z. Əsgərov tələbi onunla əsaslandırıb ki, Ermənistanın Azərbaycanda törətdiyi terror hadisələri sübut olunub və belə bir terrorçu dövlətin NATO ilə əməkdaşlığı qəbuledilməzdir: “Siz NATO olaraq Rusiya ilə əlaqələri kəsdiniz, NATO PA-da iki il müddətinə səsvermədən məhrum etdiniz. Bəs bu qədər işğalın və terrorun qarşılığında niyə Ermənistan qurumdan uzaqlaşdırılmır? Ona görə bu məsələyə birdəfəlik aydınlıq gətirilməsini NATO PA-dan tələb edirik”.

 





17.06.2014    çap et  çap et