525.Az

Asteroidlə toqquşmanın 10 min kilometr izi göstərildi


 

Asteroidlə toqquşmanın 10 min kilometr izi göstərildi<b style="color:red"></b>

NASA-nın DART kosmik gəmisinin asteroidə çırpılmasından sonra yaradılmış 10.000 kilometrlik iz fotoşəkili yayımlanıb.

525.az xəbər verir ki, çilili astronomlar teleskopla nəhəng asteroidin arxasındakı quyruğa bənzər şəkli çəkiblər. NASA-nın toz və digər maddələrin yaratdığı Double Asteroid Orientation Testindən 2 gün sonra qeydə alınan görüntü Arizonadakı Milli Elm Fondunun laboratoriyasında dərc edilib. Elm adamları sözügedən izin getdikcə uzandığını və dağıldığını, incəldikdən sonra görülməyəcəyini düşünürlər. NASA-nın DART kosmik gəmisi planlaşdırıldığı kimi Yerdən təxminən 11 milyon kilometr aralıda asteroidə uğurla çırpılıb. Uğurlu sınaq sübut edib ki, kosmik gəmi qəsdən hədəflənmiş asteroidlə toqquşaraq onun trayektoriyasını yerdəki teleskoplarla ölçülə bilən şəkildə dəyişdirə bilər.

Məhəmməd Tağıyev

 





06.10.2022    çap et  çap et