525.Az

Hollandiyada inflyasiya ən yüksək həddə çatıb


 

Hollandiyada inflyasiya ən yüksək həddə çatıb<b style="color:red"></b>

Hollandiyada inflyasiya enerji və ərzaq qiymətlərinin artması səbəbindən sentyabrda illik 14,5 faiz ilə 1963-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib.

525.az xəbər verir ki, Hollandiya Statistika İnstitutu (CBS) ölkənin sentyabr ayı üzrə inflyasiya məlumatlarını açıqlayıb. 

Açıqlamada avqustda 12 faiz olan illik inflyasiyanın sentyabrda 14,5 faizə yüksəldiyi qeyd edilib. Sözügedən nisbət, inflyasiyanın müşahidə edilməyə başlandığı 1963-cü ildən bəri ən yüksək inflyasiya olaraq qeydə alınıb. 

Xüsusilə, enerji qiymətlərinin artması inflyasiyanın artmasında təsirli olub. Enerji qiymətləri sentyabrda bir əvvəlki ilin eyni ayına görə 200 faiz artıb.

Malik Atilay

 





06.10.2022    çap et  çap et