525.Az

Vətən müharibəsinin xronikası: 7 oktyabr, 2020-ci il


 

Vətən müharibəsinin xronikası: <b style="color:red">7 oktyabr, 2020-ci il</b>

(11-ci gün)

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib.

lll

Azərbaycan Prezidenti İlham Əliyev CNN-Türk televiziyasına müsahibə verib.

lll

Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib.

lll

Müdafiə Nazirliyi Ermənistan ordusunu

n məhv edilmiş döyüş texnikasının siyahısını açıqlayıb. Qeyd olunub ki, sentyabrın 27-dən oktyabrın 7-dək düşmənin 250-dək tank və digər zirehli texnikası, 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatanı, 60-dək hava hücumundan müdafiə vasitəsi, 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 8 silah-sursat anbarı, 150-dək avtomobil texnikası və 1 ədəd "S-300" zenit-raket kompleksi məhv edilib.

lll

Müdafiə Nazirliyi Ermənistan hərbçilərinin döyüş meydanında qoyub qaçdıqları texnikaların videogörüntüsünü paylaşıb.

lll

Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlər zamanı Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində düşmən xeyli itki verib. Müdafiə Nazirliyinin məlumatına görə, düşmənin 10-dək tankı, 6 ədəd D-20 topu, 1 ədəd "Akasiya" özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib. Ermənistan ordusunun 1-ci və 7-ci alayının müdafiə xətlərində yerləşən bölmələrinin bir qrup əsgəri döyüş mövqelərini özbaşına tərk edərək fərarilik ediblər.

lll

Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində 7 oktyabr saat 18:00-a olan məlumata görə, həlak olmuş mülki şəxslərin sayı 30-a, xəsarət alanların sayı isə 143-ə çatıb, 427 evə və 66 mülki obyektə ciddi ziyan dəyib. Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu məlumat yayıb.

lll

"Azərkosmos" ASC işğaldan azad olunmuş Suqovuşan ərazisinin "Azersky" peykindən əldə edilmiş təsvirini yayıb.

 

 





07.10.2022    çap et  çap et