https://525.az/img/pics/medium/2024-04/311395_vptuc1dqol.jpg “525-ci qəzet”in 26 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311278_p19wpbj2do.jpg "Məktəblinin dostu": uğurlu təşəbbüs, faydalı addımlar
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
search
26 Aprel 2024
25 Aprel 2024

Azərbaycan Gimnastika Federasiyası yenidən qurulmasının 20 illiyini qeyd edir

Azərbaycan Gimnastika Federasiyası yenidən qurulmasının 20 illiyini qeyd edir

Azərbaycan Gimnastika Federasiyası (AGF) yenidən qurulmasının 20 illiyini qeyd edir.

AGF-dən 525.az-a verilən məlumata görə, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın 2002-ci il oktyabrın 7-də Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra bu sahədə uğurlu inkişafın əsası qoyulub.

Bildirilib ki, həyata keçirilən məqsədyönlü və səmərəli fəaliyyət nəticəsində beynəlxalq əlaqələr qurulub, respublikamızda gimnastika idman növündə yüksək nailiyyətlər əldə olunub, AGF dünyada ən fəal quruma çevrilib. Həmin dövrdən sürətli inkişaf yoluna qədəm qoymuş AGF-nin fəaliyyətinə hazırda 9 gimnastika növü daxildir.

Azərbaycan milli gimnastika məktəbinin yetirmələrinin olimpiadalarda iştirakı, dünya və Avropa çempionatlarında medalların qazanılması, ölkədə ən nüfuzlu qitə və dünya miqyaslı gimnastika yarışlarının yüksək səviyyədə təşkili federasiya rəhbərliyi tərəfindən bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir.

Bu gün paytaxtla yanaşı, respublikanın bölgələrində də gimnastika təbliğ və inkişaf etdirilir. Hazırda 26 rayon və şəhərdə gimnastika bölməsi fəaliyyət göstərir.

AGF 6 il ardıcıl olaraq Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən mükafatlandırılan 10 milli federasiyanın reytinq siyahısında yer alıb və son illərdə bu siyahıya liderlik edib.

Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın rəhbərliyi, gimnastikaya göstərdiyi diqqət və qayğı sayəsində Azərbaycan dünyanın gimnastika mərkəzinə çevrilib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.