525.Az

Vətən müharibəsi qazisi: "İxtisasım üzrə iş tapa bilmədim"


 

"BİR MÜDDƏTDİR, FINDIQ SATIŞI İLƏ MƏŞĞULAM"

Vətən müharibəsi qazisi: "İxtisasım üzrə iş tapa bilmədim"<b style="color:red"></b>

Vətən müharibəsi iştirakçısı 23 yaşlı Seymur Teymurlu Bakı Dövlət Universitetinin Geologiya mühəndisliyi ixtisasını bitirib. Ali təhsilini başa vurduqdan sonra o, həqiqi hərbi xidmətə yola düşüb. 44 günlük müharibə zamanı Zəngilan, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edən Seymur "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Bir ildən çoxdur ki, hərbi xidmətdən qayıdan qazi Seymur Teymurlu iş tapmağa cəhd etsə də, alınmayıb. Nəticədə o, öz işini qurmaq qərarına gəlib: "Bakıda yaşayıram, kirayə haqqını ödəmək üçün mütləq qaydada gəlir mənbəyim olmalıdır. Lakin ixtisasım üzrə iş tapa bilmədim. Bir müddətdir ki, fındıq satışı ilə məşğulam. Bu kompaniyaya başlayanda yanımda cəmi bir nəfər var idi. Sonra bu insanların sayı durmadan artdı. Həm sosial şəbəkələrdə tanınan insanlar, həm də media mənə dəstək oldu. Əgər bunlar olmasaydı, bu işi davam etdirmək çətin olardı".

Qeyd edək ki, Seymur Teymurlu məhsulun həm satışını, həm də kuryerliyini özü edir. Bir kiloqram fındıq ləpəsinin qiyməti 15 manata təklif edir. Qazimizə işində dəstək vermək istəyənlər onunla (050) 898 01 70 nömrəli telefonla əlaqə saxlaya bilərlər.

Aytac SAHƏD

 





07.10.2022    çap et  çap et