525.Az

"Azəristiliktəchizat" payız qış mövsümünə hazırlıq görüb


 

"Azəristiliktəchizat" payız qış mövsümünə hazırlıq görüb<b style="color:red"></b>

"Azəristiliktəchizat" ASC-nin 30 sentyabr 2022-ci il tarixinədək apardığı hazırlıq və təmir-bərpa işlərinə dair məlumat açıqlanıb.

525.az xəbər verir ki, bu barədə "Azəristiliktəchizat" ASC-nin sədrinin islahatlar üzrə müşaviri Ramil Məhərrəmov mətbuat konfransında məlumat verib.

O bildirib ki, istilik və isti su xidmətlərinin göstərilməsi üçün istismar edilən 563 qazanxana və 88 istilik məntəqəsinin hamısı təftiş edilib.

"967 ədəd dirsək, 190 ədəd siyirtmə, 297 ədəd ventil, 3 ədəd nasos yenisi ilə əvəz edilmiş, 41 qazan aqreqatı, 14 ədəd nasos, 190 ədəd siyirtmə, 21 ədəd mühərrik əsaslı təmir olunub. 732 ədəd qazan aqreqatı, 1378 ədəd nasos, 8658 ədəd siyirtmə, 674 ədəd mühərrik cari təmir edilib. 1002.2 km istilik xətləri hidravliki təzyiqə yoxlanılmış və 9.44 km istilik boru xətləri əsaslı təmir olunub. 1048 ədəd qazan aqreqatı, 173 dəst istilik mübadilə qurğusu mexaniki üsulla təmizlənmiş, həmçinin 94 ədəd qazan aqreqatı və 62 istilik mübadilə qurğusu kimyəvi üsulla təmizlənib. İstilik xətlərində 2978,43 m2 istilik örtük qatı təmir olunmuş, 538 ədəd qazanda yeraltı və yerüstü tüstü yolları təmizlənmiş, qazanların 710,2 m2 kərpic örtüyü, 471 m2 izolyasiya örtüyü bərpa olunub. 447 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib".

 





07.10.2022    çap et  çap et