525.Az

Fransanın təbii qaz çənləri 99 faiz dolub


 

Fransanın təbii qaz çənləri 99 faiz dolub<b style="color:red"></b>

Fransada təbii qaz çənlərinin qışdan əvvəl doluluq nisbəti 99 faizi keçib.

525.az "France 24"ə istinadən xəbər verir ki, Fransa Enerji Tənzimləmə Komissiyası (CRE) tərəfindən edilən yazılı açıqlamada, 2022-2023-cü il qış mövsümü üçün qaz ehtiyatlarının doldurulması kampaniyasının tamamlandığı və bu çərçivədə ölkədə qaz ehtiyatlarının 99 faizindən çoxunun tamamlandığı bildirilib. 

Ölkədə 130 teravatt-saata çatan qaz ehtiyatları qış aylarında qaz istehlakının üçdə ikisinə bərabərdir. Norveç qazı və maye qazı, eləcə də avropalı qonşularla alış-veriş etməklə qış boyu qaza olan tələbatın tamamlanacağına diqqət çəkən açıqlamada qazın qiymətinin yüksək olmasının ticarət balansına və dövlət büdcəsinə təzyiq göstərdiyi, eyni zamanda, qaza olan tələbat vurğulanır.

Məhəmməd Tağıyev

 





07.10.2022    çap et  çap et