525.Az

250 min litr qaçaq yanacaq ələ keçirilib


 

250 min litr qaçaq yanacaq ələ keçirilib<b style="color:red"></b>

İran Fars körfəzində qaçaq yanacaq daşıyan gəmini ələ keçirdiyini və hadisə ilə bağlı bir nəfərin saxlanıldığını açıqlayıb.

525.az xəbər verir ki, Hörmüzqan vilayətinin Ədliyyə Başçısı Mücteba Kahramani Fars körfəzində qaçaq yanacaq yükləndiyi aşkarlanan gəmidə əməliyyat keçirildiyini bildirib. Sərhədçilərin əməliyyatı nəticəsində gəmidə 250 min litr qaçaq yanacağın aşkarlandığını qeyd edən Kahramani, gəmiyə həbs qoyulduğunu, hadisə ilə bağlı 1 nəfərin saxlandığını deyib.

Qeyd edək ki, İranda qaçaqmalçılar dövlət tərəfindən subsidiya olunan yanacaq məhsullarını xaricə satmağa çalışırlar.

Məhəmməd Tağıyev

 





07.10.2022    çap et  çap et