525.Az

Prezident İlham Əliyev Rusiyaya işgüzar səfər edib - Yenilənib


 

Prezident İlham Əliyev Rusiyaya işgüzar səfər edib - <b style="color:red">Yenilənib</b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün oktyabrın 7-də Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib.

525.az xəbər verir ki, Sankt-Peterburq şəhərinin Pulkovo-1 hava limanında dövlət başçısı İlham Əliyevi Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov və digər rəsmi şəxslər qarşılayıblar.

xxx

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün oktyabrın 7-də Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.

525.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 





07.10.2022    çap et  çap et