525.Az

"Hesab günü"- M.Ə.Rəsulzadənin əsərləri


 

"Hesab günü"- <b style="color:red">M.Ə.Rəsulzadənin əsərləri</b>

Məhəmməd Əmin Rəsulzadənin əsərləri V  cild
(1918 – aprel 1920) 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov;

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)   

(Əvvəli ötən şənbə sayımızda)

Yeni ingilis kabinəsi

Teleqraf İngiltərədə dünya müharibəsi əsnasında ilk dəfə olaraq məmləkətin hali-hərbdə olduğuna baxmayaraq böyük bir müvəffəqiyyətlə seçkilərini tazələyən Britaniya parlamanının toplandığını bildirdi. Bunun təbii nəticəsindən olmaq üzrə yeni İngiltərə kabinəsinin təşəkkül elədigi xəbər alındı.

İngilis ünsürünün Avropa ünsürləri arasında ən mütərəqqi, əzmkar tutduğu işlərində müvəffəq olmayınca əl çəkməz səbatkar bir ünsür olduğu məruf idi.

İngilis qüdrəti-idarəsinin aləmşümul bir şöhrətinə nümunə olmaq üzrə xəlqimiz arasında birisinin zəkavət bacarığını bildirmək üçün söylənəningilisdirkinayəsini zikr etmək kafidir.

İngilis politikası, bunun olduğunu kim bilməzdi.

Bir zaman Avropa mütəfəkkirləri ingilislərin müvəffəqiyyətinə heyran bununəsbabi-faiqiyyətiniaramaqla məşğul oluyorlardı. Bu məsələ bilxassə Fransa mütəfəkkirlərini məşğul ediyordu.

Avropanın mərkəzində Bismarkdan sonra yeni bir hökumət vücuda gəliyordu. Almaniya milləti gec qalmış olsa daingilislik rəqabətə çıxıyordu. Bu rəqabət öylə hesaba alınmaz, kitaba keçirilməz rəqabətlərdən degil idi.

Bu rəqabət doğrudan-doğruya İngiltərəyi qorxuzuyordu. Almaniya bəhriyyəsi artıyor, ticarəti genişləniyor, siyasəti dəxi bu nisbətdə mütəcaviz bir şəkil alıyordu.

Almaniya İngiltərədən ötrü daha əvvəlcə Hindistanı təhdid edən Rusiya kibi degil idi. Daha ziyadə müdhiş idi. Çünki yalnız əskər qüvvəsi degil, texnika, elm, fənn təşkilat cihazları ilə müsəlləh idi. Həqiqətən kəndisindən çəkilər bir hərif idi.

Hətta Almaniyanın az bir zaman içərisində çox tədarüklər gördügünü, çox tərəqqilər göstərdigini tədqiq edənlər ingilis dövranının intəhayə uğramaq üzrə olduğuna zahəb olmuş, mövqeini yeni bir qüvvət düha ilə ortaya çıxanalmanlıqa tərk etmək sırası gəldiginə hökm verməgə başlamışlardı.

Vəziyyət həqiqətən ciddi idi. Qoca İngiltərə ehtiyat tədbirləri görmək məcburiyyətində idi.

İngilis ehtiyatsız olurmu?

Robinzon Kruzohekayəsində yalnız bir adaya düşüb təkbaşına bir aləm vücudə gətirən hər şeyi yoxdan sazlayan insan tipi bir ingilis müxəyyələsindən doğmamışmıdır?

Bir çox münəqqidlərKruzotipinin qeyri-təbii olduğunu iddia eləmişlərdi. Fəqət hərbi-ümumidəki ingilis mətanət tədbirləriKruzotipinin xəyal degil, bir həqiqət olduğunu göstərdi.

Yoxdan ordular yapıldı. Ürf adət düşgünü, ənənə tarix əsiri olan ingilis ömründə ilk dəfə olaraq mükəlləfiyyəti-əskəriyyə yükünü yükləndi.

Cəmaət bətnindən yetişmə bir xəlq oğlu, qoca bir imperiyanın başına keçərək Britaniya cəzirələrini dünyanın çar ətrafında qürənin altıdan bir dərəcəsində genişləyən müxtəlif məkanda, müxtəlif lisanda danışan insanları bir araya topladı çizilmiş məqsədə doğru sürükləyə bildi.

Nəticədə dünyanın Rusiya, Almaniya kimi müəzzəm əskəri dövlətləri ixtilal inqilab atəşləri içində yaxılıb qıvrılmaqda ikən, İngiltərədə adi bir zamanda imiş kibi seçkilər icra olunuyor. Loyd Corc kabinəsi təkrar bir qaya kibi möhkəm duraraq mövqeyini saxlıyor.

Müharibəyi müvəffəqiyyətlə bitirmək üçün ingilisləri əskərlik altına çəkmiş olan Loyd Corc, kəndisi mühafizəkaran partisinə mənsub olduğu halda, ingilis mühafizəkarlığının əsasını təşkil edən milli bir ənənəyi qırmağa ingilis qövmini vadar eləmişdi. İngilis məcburi olaraq əskərligə alınmışdı. Bu, İngiltərəyi bilənlər üçün Almaniyanın sülh istəməsi qədər nəzərə bəid gəlir bir məsələ idi. Onun üçün ingilis əskərliginin könüllü üsulundan üsuli-icbariyə keçməsi böyük bir inqilab idi. Fəqət İngiltərə tarixinin çoxca qeyd etmiş olduğu qansız inqilablardan.

Müharibəyə şiddətli surətdə davam etmək əzmində ikən daxili bir inqilab yapmış olan İngiltərə sülhi-ümumi ərəfəsindəki hazırlığında da digər bir inqilab yapmışdır.

Saqın İngiltərəyəbolşevizmgirdi, sanmayınız.

Xayır. Hanki bir vəqeədən bəhs etmək istədigimi duysanız, buradainqilabkəlməsi işlətdigimə belə heyrət edərsiniz.

İngilislərin Hindistan ilə olan əlaqələrinin dərəcəsini kim bilməz. Kim bilməz ki, Hindistan İngiltərənin canı yaxud təbiri-mərufla can şişəsidir. İngiltərə siyasətinin məhvəri-siyasəti daima Hindistanın mühafizəsi üzərinə dönmüşdür. Dostluğunun da, düşmənliginin səbəbi daima Hindistan olmuşdur. Hindistana aşiq olanları, oraya doğru baxanları İngiltərə daima qısqanmışdır. Bununla bərabər ənənəpərəst ingilislordluğubir hindliyi heç bir zaman bir britaniyalı qədər müsavi, onun qədər həmhüquq həmvəzifə görəməmişdi. Dünyanın bilnisbə ən demokratik bir məmləkəti tarixcə ən qədim bir məşrutə hökuməti ikən hala lordlara qarşı xəlqdən başqa bir şəkildə mərasim təşrifat istəyən bu topraqda ingilis olmayan millətlərə qarşı dəxi xüsusi surətdə müamilə yapılıyordu. Bunun üçün bir hindlinin gəlib ingilis hökuməti əzasından olması bir ingilisin icbari surətdə əskər getməsi qədər böyük bir vəqeədir, bir inqilabdır.

Birinci vəqeə müharibənin müzəffəriyyətlə bitirilməsinə səbəb oldu. İkinci vəqeədə sülhün millətlərin müsavat hüququ ilə nəticələnəcəgi üçün bir fali-nik təşkil etsəydi...

Həddi-zatında, dünyayı istila edən bugünki demokratik fikirlərin qalibiyyəti qarşısında bir hindlinin nəzarət məqamını ehraz eləməsi əlbəttə ki, böyük bir şey təşkil eləməz. Fəqət bu vəqeəyi mücərrəd olaraq degil, ingilis ənənatı nöqteyi-nəzərindən görərək mühakimə etməlidir.

Fəqət ingilislər qədər mühafizəkar ənənəçi olsalar da, dərəcəyi-kəmalə gəlmiş millətlərin istədikləri həqlərini verməkdə digər cahangir dövlətlər qədər müənd olmadıqları da bəllidir.

Dərəcəyi-kəmalə irib həqqini israrla istəyən millətə qarşı güzəşt etmək, bu da bir ingilis ənənəsidir.

Bu nöqteyi-nəzərdənİrlandhumruli qanunən qəbul edildi. Hali-hərb keçincə felən tətbiq olunacağına inanmalıdır.

Hindliser Sinanın Britaniya nazirliyinə təyini dəxi hindli milliyyətpərvərlərin tələbatına qarşı hind muxtariyyət imtiyazatı təvəssinə doğru atılmış bir güzəşt politikasının dəlili degilmidir?

Zənn edəriz ki, odur.

Müqəddəratımızın surəti-halini sülhi-ümumi məclisindən bəkləyib duruyoruz. Bu məclisdə nüfuzlu bir söz sahibi olan İngiltərə hökumətin millətlərin həqli tələbatını bizim kibi dövlətlərin hürriyyət istiqlal tələbindəki iddialarını qəbula mail bir hökumət olmasını əlbəttə ki, arzu edəriz. Kəndi arasına İngiltərə əfkari-ümumiyyəsindən ötrü belə nagəhani olaraq xilafi-ənənə bir hindliyi dəxi almış olan Loyd Corc kabinəsinin istədigimiz böylə bir hökumət olmasını cani-könüldən diləriz.

M.Ə.Rəsulzadə

Azərbaycan”, 20 qanuni-sani (yanvar) 1919, №92

     

Səbatkarmətanətli

Müxəyyələxəyala gətirən

Çardörd

Nagəhaniqəflətən olan

Qürəyer kürəsi

     

Hesab günü

Sülhi-ümumi konqresinin gözlənməsi münasibətilə        

Məzahib ədyanın əksərində insan dünyadakı işlərindən, savab gördügü işlərlə, irtikab elədigi günahlarından bir gün gələcək hesab verəcək.

Qiyamət qopacaq, məhşər olacaq, hesab günü gələcək.

Ehtimal ki, ayrı-ayrı fərdlərin Allaha nisbət irtikab elədikləri qəbahətlərin mühakiməsi icra etdikləri savabların mükafatını verəcək biryövmülhesabdaha irəlidədir. Kim bilir bəlkə yenə dəccallar, mehdilər, nəhayət məhşər, sirat köprüsü, mizan görəcək, “yövmülhesabçəkiləcəkdir.

Ehtimal ki, bu mərhələlərin həpsini keçmişiz keçməkdəyiz fərdən mütənəbbeh olmuyor, hiss etmiyor, mətləbi duymuyoruz.

Fəqət insanlar fərd həyatından başqa bir cəmiyyət həyatı ilə yaşıyorlar. Cəmiyyətləri biri-birindən ayıran ona bir cameyi-şəxsiyyə verən ən böyük amil milliyyət amilidir. Millətlər birər fərddirlər.

İştə bu, milliyyət etibarilə birər fərd təşkil edən bəşəriyyətin hesab günü (yövmülhesab) gəlmişdir.

1914- sənəsindən bəri dünyayı alt-üst edən, mövcud şəhərləri, məmurələri, binaları xarab etdigi kibi maddiyyatımızı da olduğu qədər mənəviyyatımızı dəxi rəxnədar edən bu böyük qital (öldürüş) bu üzdən hüsula gələn aclıq, kəsad, qırğın əcəba, qiyamət məşhərdən başqa bir şeymidir?

Əvət, millətlərin qiyamətidir. Məhşəri-kübrayə yalnız həyati-siyasiyyələri ilə mövcud olan millətlər degil, çoxdan bəri məzara gömülmüş olan millətlər gəliyorlar.

1914- ildə partlayan top gülləsi xirədcalın nərəsinə mümasil idi. 1918 sənəsində böyük Amerika Cümhuriyyəti rəisinin cahana elan elədigi 14 maddəlik sülh əsasları isə İsrafil Suruna bənziyordu.

Bu sur: “Qalxınız, ey zavallı millətlər, yövmülqiyam, yövmülhesabdırdiyordu.

Millətlər qalxdılar, hesab ayağına qoşdular.

Bu hesab Parisdə vaqe olacaqdır. Parisdə qurulacaq olan sülhi-ümumi məclisi qəzetələrin rəvayətinə görə 1500 adamdan ibarət olacaq. Bu 1500 adam dünyadakı qədər millət varsa, hamısını təmsil edəcəkdir.

1500 müxtəlif millətlərə mənsub, müxtəlif dillərdə mütəkəllim birCəmiyyəti-Əqvamməhşəri bir kərə təsəvvür olunsun. Babil qələsi, oradakı təbili-əsvat haman xatirə gəlir.

Fəqət şəklən Babildəki rənglərə malik olsa da, Paris konqresi mənən o halda bulunmayacaqdır. Bir kərə mənayi-zahir etibarilə olsa dünyanın (Şərq ədəbiyyatındakı məşhur təqsimatinə görə) 72 millətindən ötrü Fransa lisanı aşağı-yuxarı anlaşılır bir dildir. Digər tərəfdən 1500-ün içində nüfuzi-kəlmə sahibi həqiqi hakimlər vardır. Bu ərbabi-nüfuz artıqtəbdiləimkan verməzlər, zənn edəriz.

Dünyanın hesabını görəcək Paris konqresi aləmi yeni başdan tikəcək. Yeni bir həyatın əsaslarını vəz edəcək; cahan xəritəsini yeni rənglərə boyayacaq böylə yapdıqdan sonra:

Ey dünya, böylə yaşamalısın! – deyə əmr edəcəkdir.

Bu əmr millətlərə səadət gətirə biləcəkmidir?

İştə sual!...

Xəlqin müxəyyələsində mücəssəm olan hesab gününün nəticəsində insanlardan bəzisi behiştə, bəzisi cəhənnəmə, bəzisi bərzəxə məhkum olacaqdeyə, bir təsəvvür vardır.

Bu hesab gününün nəticəsində dəxi bütün dünya millətlərininbehiştlikolacaqlarına hökm verə bilmək üçün həddindən artıq nikbin olmaq lazımdır.

Doğrudur, hesab çəkənlərin ən qüvvətlisi olan Vilson həzrətləri böyük millətlə kiçik millətdə fərq olmamalıdırdemişdir. Doğrudur, gizli diplomatiyanın qaldırılması mətlub görülmüşdür, doğrudur, silahlanmanın bihudə olduğu etiraf edilmiş, təhdidi faidəli olacaq denilmişdir.

Fəqət bunlar daha hesabı görülmüş, müvazinəsi təyin edilmiş birər həqiqətlər degildir. Həqiqət olmaq arzusu ilə söylənilib duran birər böyük şüarlar, iztirablı qəlblərin dögüntüsünü rahat edən birər valerian damcısıdır.

Bu damcılardan sonra bəşəriyyətin pozulmuş mədəsini, üzülmüş sihhətini təkrar iadə edəcək həqiqi əlaclar veriləcəkmidir. Hesabi-ümumi məhkəməyi-kübrası hüzuruna gedən millətlər düçarı olduqları əziyyətli azarlarının əlacı iləmi qayıdacaqlar. Yoxsa əllərinə verilən namə şəfa reçetəsi (nüsxəsi) degil, edam cəzası olacaqdır.

Vilson prinsiplərini izah edərkən söylədigi nitqlərindən birindəyanılmıyorsam – “Cəmiyyəti-Əqvaməsasının təmin edildigi feyzdən hər millət kəndi ləyaqəti mədəniyyətinin dərəcəsi nisbətində istifadə edə biləcəkdirdemişdir.

Kəndi ləyaqəti mədəniyyəti nisbətində!...

Özü-özlügündə irad götürməz bir düstur.

Fəqət eyni zamanda geniş təvillər, uzun təfsirlərə mütəhəmmil bir formul.

Millətlərdən, bilxassə bizim kibibəs bədəlmövtnəticəsində qiyam edən millətlərdən ötrü bu düsturun şu yaxud bu şəkl ilə təfsiri dürlü-dürlü nəticələr verə bilər. Olur ki, bu düstur bizi behiştlik, olur ki, bərzəxlik, olur ki, cəhənnimlik etsin!

Məhkəmənin bu üç hökmdən birisini verməsinə oradakı nümayəndələrimizin təbiri-digərlə dəva vəkillərimizin məharəti, ciddiyyəti, səy çalışqanlığı təsirsiz olmayacaq. Fəqət bu kifayət etməz! Lazımdır ki, biz burada çalışaq, kəndimizi idarəyə, behiştlik dərəcədə idarəyə istehqaq qazanmış olduğumuzu isbat edək.

Bu vasitə ilə işin yarısı görülmüş olsa da, məhkəmə hökmünün xırda millətlər həqqində tamamilə müvafiq çıxarılması üçün Avropa Amerika demokratiyasının bu hökmlər üzərinə həqiqi bir nüfuz icra eləməsini arzu etməliyiz. Bu nüfuz vaqe olursa, o zaman bütün cahana qarşı elan olunan prinsiplər az-çox safiyyətini saxlar. Onların saflıqlarının məhfuz qalması isə bizim kibi xırda millətləri qurtarır, dirilik yarlığını əllərimizə tapşırır.

Hər halda bütün dünyanın nəzəri bu gün Parisə mütəvəccehdir. Paris dünya millətlərinə kəndilərinə müstövli olan istibdadı qurtarmaq dərsini vermiş böyük millətin mənəviyyatca qüvvətli böyük bir paytaxtıdır. Hüquqi-bəşər bəyannaməsini nəşr edib mənşuri ilə bütün dünya hürriyyətpərvərlərinə bir növüsuli-dindəftəri bəxş etmiş olan bu böyük şəhər, bu dəfə bütün dünya millətlərinəhüquqi-miləlqanunnaməsi yazmaqla məşğuldur. “Hüquqi-miləlbəyannaməsihüquqi-bəşərbəyannaməsi qədər müqəddəs hər kəscə qaili-tətbiq böyük düsturlara malik olursa, o zaman Fransa, Fransanın gözəl paytaxtı olan Paris dünya millətlərinin mənəvi bir paytaxtını təşkil edəcək hürr vətəndaş kəndi mərkəz vilayətindən sonra Parisi tanıyacaqdır.

Xoşbəxt şəhər! Bir il bundan əqdəm əjdəhayi-hərbin zərbələri altında xarab olmaq təhdidində ikən bu gün bütün dünyayı şənləndirmək, bütün millətləri sevindirmək işinə mərkəz oluyorsan! böyük səadət!

Fəqət sakın: möhtəşəm salonlarından birisində, ehtimal ki, “Versalın tarixi binasında iniqad edəcək bəşəriyyət qarşısındakı məsul ricallara təlqin et ki, məğrur olmasın, mövqe iqtidarlarını suyi-istemal etməsin, yalnız bəşəriyyəti yalnız istiqbali-bəşəri düşünsünlər. Hökmlərini verirkən bütün demokratiyanın tələbini nəzərə alsınlar, məzarlarından qalxmış diriligə təşnə olmuş millətləri təkrar məzarına gömməsinlər!!

Bilsinlər ki, o zaman vicdani-bəşəri rahət edəməz! Təkrar məzarlarına gömülmüş millətlər daima bir xortlaq kibi rifah ilə yaşamaq istəyənlərin hüzur rahətini pozarlar.

M.Ə.Rəsulzadə

Azərbaycan”, 21 qanuni-sani (yanvar) 1919, №93

     

Məzahibməzhəblər

İrtikabpis işlər

Yövmülhesabhaqq-hesab günü

Məmurəqəsəbə, abad məskən

Xirədağıl, fikir, huş

Mümasiloxşar, bərabər

Mütəkəllimdanışan

Əsvatsəslər

Təbilqulaqda səsi əks etdirən pərdə

Müxəyyələxəyal, təsəvvür

Bəsdirilmə, oyanma

Bəs bədəlmövtöləndən sonra dirilmə

Mütəvəccöhistiqamətlənən, yönələn

Müstövlihər tərəfi əhatə edən

Mənşurnəşr edilmiş, xartiya

Mütənəbbehoyaq, sayıq, ehtiyatlı

Təsmiyəad qoyma, adlandırma

Təvilizah

Təfsirşərhetmə

    

Əmələ məsələsi

Əmələ məsələsi yenədemək olur ki, – bütün şiddətilə Bakı əfkari-ümumiyyəsini işğal etməkdədir.

Əmələlərin halı həqiqətən müşkül bir dərəcədədir. Aldıqları maaşları yedikləri çörəyə çatmıyor. İşsizlik əmələni arvad-uşağı ilə bərabər aclığa məhkum ediyor. Başqa bir tərəfdən Bakının keçirmiş olduğu hallar, düçar olduğu fəlakətli günlər mədənləri, ticarəti, mədənçiləri müşkül bir hala qoymuşdur.

Bu üzdən böyük bir böhran hasil olmuşdur.

Azərbaycan hökumətinin, parlamanın məqsədi əmələlərin halını yaxşılaşdırmaqdır. Bu xüsusda Azərbaycan məsai naziri əmələlərlə sahibkarlar arasında vaqe olan şurada əmələlərin tərəfini iltizam eləmişdir. Əmələlər əmin ola bilərlər ki, zamanın imkanı dərəcəsində hökumət həmişə əmələlərin həqli tələblərini müdafiə edəcək. Hökumət eyni zamanda əmələlərə ucuz ərzaq yetirmək üçün tədbirlər görmək fikrini dəxi bilməkdədir.

Məlum işdir ki, əmələlərə artırılacaq məvacib bu günün ehtiyacı olan bahalığı rəf etmək üçün olmalıdır. Bunun üçün nəzarət subaylara 120, evlilərə 360 manat bahalıq xərci almağı tövsiyə ediyor.

Əmələlər istərlərsə ki, bu təqsimat başqa cür olsun, sayarlarsa ki, subay-evlilik fərqi qoyulmasın hökumət bunu da nəzərə alar.

Həpimiz bilməliyiz ki, bu kibi zamanlarda, məmləkətin çətin müşkül dəmlərində hər kəs vətən millət naminə bir az fədakarlıq etməlidir.

Hökumət əmələlərin həqli tələbləri tərəfində olduqdan sonra məsələnin kolaylıqla həll edilməsini gözləməlidir. Bu gün əmələlər konfransa gəlməli, deməlidir görək vaqe olan təklifə cür baxıyorlar. Yalnız bu baxışlarını söylərkən düşüncəli olmalı, tədbirlə hərəkət etməli, həqiqi mənfəət ilə yalançı mənfəəti sezməlidir.

Məsai naziri diyor ki, yalnız məvacibin artması ilə məişət ucuzlandırılmaz. Doğrudur. İstəməlidir ki, məişətin ucuzlandırılması üçün hökumət ciddi tədbirlər görsün.

Əmələ vətəndaşlar, bilməliyiz məmləkətin düçar olduğu bu halından, bu yoxsulluq aclıq bəlasından öz siyasi faidələri üçün mənfəət aparmaq istəyən partiyalar, agentilər vardır. Əmələnin həqiqi ehtiyacını rəf etmək istəyən agenti ilə siyasət çevirən, politika qayıranları ayırd etməlidir.

Azərbaycanın bu qədər müşkülat içində olduğu böylə bir zamanda həll olunacaq məsələ müşkülatsız həll oluna bilərsə, onu öyləcə həll etməlidir. Zabastovka bir tədbirdir ki, əmələlər son dəqiqədə müraciət etməlidirlər. Bizimitirəcəgimiz artıq heç bir şey qalmadıdiyorlar. Böylə deyənlər doğru söyləmiyorlar. Biz heç bir hesab mülahizələri nəzərə almadan gözümüzü yumub hərəkət edərsək, əziz tutduğumuz istiqlalımıza, yeni bərkişməkdə olan hökumətimizə zərbələr vura biləriz.

Bunun üçün əmələ vətəndaşlar, sərvəqt olalım, biləlim ki, hökumət əmələ mənafeinə zidd bir hökumət degildir. Həqli mötədil tələblərinizin qəbul edilməsi üçün Azərbaycan parlamanı da, hökuməti var qüvvətlərini sərf edərlər.

Bu gün əmələ konfransı toplanacaq, bu məsələyi həll edəcək. Gəliniz, nöqteyi-nəzərinizi söyləyiniz. Göstəriniz ki, siz maddi ehtiyacınızı müdafiə edərkən, sizin bu ehtiyacınızdan istifadə edərəkpolitikaçılara macərapərəstlik imkanı verməzsiniz.

 M.Ə.

 Azərbaycan”, 24 qanuni-sani (yanvar) 1919, №94

     

Məsaiçalışma

    

Tətil etməlimidir?        

Keçən gün fəhlə konfransında əmələlərin maaşı məsələsi baxılırdı. Sosial-demokrat nümayəndələrindən sahibkarlarla danışıq aparan komisyon əzasından Roxlin təklif elədi ki, tətil olmasın, əmələlər subay evli fərqi qoymayıb hamıya 360 manat artırmağa razı olsunlar.

Əmələlər çoxluqla buna razı olmadılar. Dedilər ki, gərək biz öz istədiklərimiz üstündə bərk duraq komisyona tapşırdılar ki, təkrar sahibkarlarla görüşsün, onların axırıncı cavablarını ögrənsin, tainki yekşənbə günü tazədən qurulacaq konfransda fəhlələr təkrar bu məsələyə baxsınlar tələblər qəbul edilmədigi təqdirdə tətil başlansın.

Əmələ vətəndaşlar, imdi nəzərdə ən böyük bir məsələ vardır.

Tətil etməlimidir?

360 manat artıq məvacibi qəbul etməkmi, yoxsa tətil eləməkmi? Hansı yaxşıdır.

Bir raboçinin keçən dəfə konfransda hesab elədiginə görə əmələlərin azı 26, çoxu 50 manat istəməkdən ibarət olan tələbi ilə ayda 360 manat təklifinin arasında böyük fərq yoxdur.

Arada böyük fərq görülürsə böyük məvacib alan əmələlərin məvaciblərində görülüyor. Yoxsa qara əmələ kiçik məvacibli əmələlərin bu müamilədən zərəri yoxdur.

Üç yüz altmış manat çörək bahalığını ödəmək üçündür. Madam ki, öylədir, o halda bütün əmələlərin ehtiyacı bir dərəcədədir, demək olar.

Hər halda vəqt o vəqt degildir ki, tətil ilə onsuz da müşkül vəziyyət bir az da çətinləşsin. Tətil olursa yollar bağlanır, məişət bir az da müşkül olur. Bundan da Azərbaycanın bu anda rahət sükutinə, işləməgə, çalışmağa möhtac olan halı müşkülatə uğrar. Düşmənlərimizə hər fitnə açmaq imkanı verər. Nəticə qədər çox məvacib ala bilsək belə yenə dükançıların, möhtəkirlərin cibinə girər. Halbuki hökumət qüvvət, nüfuz etibar verməklə ona kömək eləməlidir ki, ərzağın ucuzlaşması üçün tədbirlər görsün, möhtəkirlər, bahaçılarla mübarizə eləsin.

Bunun üçün daha faidəlidir ki, ayda 360 manat artırmaq təklifinə razı olub tətil edilməsin.

Bunu da bilməlidir ki, sahibləri mədənlərin bugünki hali ilə, yolların bağlı olduğundan neftin tökülüb qalması üzündən böyük faidələr görmiyorlar.

Əmələlərə əql tədbirlərlə görmək, hissiyyatə tutulmaq lazımdır.

Bugünki halda tətil etmək əmələlərə qətiyyən faidə verməz!

İşi tətilə qədər götürməməli, bu yekşənbə konfransa gəlib məsələnin sülh ilə həllinə çalışmalıdır.

M.Ə.

Azərbaycan”, 24 qanuni-sani (yanvar) 1919, №96

Vicdan sızlıyor

Qafqasiya vilayətləri kəndi müqəddəratlarını həll etməgə qalxışdıqda Axısxa kəndi başına müstəqil bir xətti-hərəkət tutmuşdu. Gürcü sosial-demokratlarının yerli türklərin milli ehtiyacları ilə, yerli arzuları əleyhində vaqe olan qabaca hərəkətləri Axısxa ilə bərabər Kars, Ərdahan Batum həvalisi müsəlmanlarında Qafqasiya daxilində dördüncü bir kanton yaxud federasyon fikrini doğurmuşdu.

Gürcü millətpərəstləri bu fikir ilə mübarizə ediyordular. Mübarizələrində vəsilələrin növünə məşruluğuna çox da əhəmiyyət vermiyordular. Bu əməl isə əksüləməl mucib olub Zaqafqasiya Cənub-Qərbi müsəlmanları arasında behəqq zühur edən bu fikri-siyasiyi canlandırıyordu.

Brest-Litovsk müahidəsi nəticəsində türklər Batum, Kars Ərdahanı tutdular.

Bunun üzərinə Axısxa tək qaldı. O zaman kəndi müqəddəratını digər üç vilayətlə birlikdə həll etməyi halına müvafiq görən gürcü hökumətinə bir növ isinəmiyən Axısxa dəxi digər üç uyezdlə birlikdə Türkiyəyə meyl etdi.

Bu meyl üstündə vuruşdu. Əlində silah olaraq mübarizə etdi. Batumda əqd olunan müahidə mövcibincə Gürcüstandan ayrıldı. Fəqət axırki hadisələrə görə türklər oralarını tərk edib getdilər. Gürcülər isə Axısxayı tutdular.

Axısxanın bu hərəkətini idarə edən, bu hərəkətə ruh verən, onu məfkurəvi bir şəklə qoyan məşhur Ömər Faiq əfəndi Nemanzadə idi.

Ömər Faiq əfəndiyi kim bilmiyor. O həssas, o atəşli mühərriri kim tanımıyor. Karsda dağılan xanimanların, Ərdahanda hətk olunan namusların, Batumda kəsilən qurbanların o yanıqlı mərsiyənəvisini, “bir parça ətmək” – deyə qəlbləri yakan o həmiyyət məşəlini hanki azərbaycanlı unuda bilər.

Vəqt vardı; Faiq əfəndi Cəlil Məhəmmədquluzadə ilə bərabər nəşr elədigiMolla Nəsrəddinməcmuəsi vasitəsilə cəhalət pərdəsi ilə örtülü olan qara qəlbləri yakıcı qələmi ilə yakıyordu.

O binəzir bir cəsarətlə müqəddəs zənn olunan hər namüqəddəsə var qüvvəsilə çarpıyor, bütün vicdanı ilə hər növ vicdansızlıqlara qarşı protesto ediyordu.

O zaman Tiflis, imdiki Tiflis degildi. Nikolay istibdadının zamanları idi. Faiq əfəndi Tiflisin bugünki sahibləri ilə birlikdə rus istibdadına qarşı pəncələşiyor, “Metexhəbsinə oturduluyordu.

İstibdad idi.

Fəqət Faiq əfəndi yenə Tiflisdə, yenə həbsdədir. Fəqət bu, yalnız həbs degildir. Faiq əfəndi təhqir olunuyor. Faiq əfəndi canilərlə bərabər oturdulub oğrular, qaçqınlar tərəfindən dögdürülüyor.

Möhtərəm oxuyucu, heyrət ediyorsun.

Əvət, bən səninlə bərabər heyrətdəyəm.

Bir az əvvəl, Axısxa gürcülərə təslim olunduğu əsnada Faiq əfəndinin Axısxa hərəkətinin başçısı olmaq həsəbilə tutulub Tiflisə gətirildigini eşitdik. Bəzi təşəbbüslər edildi. Nəticədə Faiq əfəndiyi həbsdən xaric etdilər. Fəqət mötərmai təhti-nəzərdə bulundurdular.

Bu aralıq, gürcülər Axısxa ilə iktifa etməmiş, Ərdahana doğru səfər eləmək istəmişlərdir. Yüz mində əhaliyi-islamiyyə ilə gürcü əskərləri arasında toqquşma olmuş. Bunun üzərinə Faiq əfəndiyi təkrar tutmuşlar, həbsxanaya soxmuşlar. Fəqət mücrimin-siyasiyyə şöbəsinə degil, canilər koğuşuna salmışlardır. Canilərə anlatılmış olmalıdır ki, kəndisinixaini-vətən” – deyə fəna surətdə döymüşlər, ölüm halına gəldikdən sonra kəndisindən əl çəkmişlərdir.

Əcəba, kəndisinin hürriyyətpərvərligini hər münasibət gəldikcə bar-bar bağıran Gürcüstan hökuməti böylə sənaətə cür yol vermiş?...

Adil bir adam, bir cani, bir qatil, bir ədna həqqində rəva görülməsi ən qatı müstəbid məmləkətlərdə belə caiz olmayan bu cəzanı bütün Qafqasiya türkləri arasında böyük bir mühərrir, xatiri sevilər bir cəmaət xadimi olan həmiyyətmənd bir zat həqqində nasıl olmuş da Jordaniya hökuməti rəva görmüşdür?!..

Gürcüstan səltəsini tanımamaq, gürcü siyasiləri kibi degil, başqa dürlü düşünmək böyük bir cinayətdir ki, böylələrilə qüruni-vüstaya yakışır cəzalarla rəftar olunuyor. Əcəba, siyasi qənaət fikri üçün bir insan işgəncə edilərmi? Böylə bir işgəncə demokratik bir cümhuriyyətə yakışarmı?

Gürcüstan hökuməti, bilmək istəməsə Gürcüstan cəmaəti, Gürcüstan mətbuatına mənsub olanlar, Gürcüstan cəmaət xadimləri bilsinlər ki, Ömər Faiq əfəndinin işgəncə edildigi, bilafərq məslək bütün Azərbaycan türklərinin qəlblərini cərihədar eləmişdir. Azərbaycan türk demokratiyasının vicdanı sızlıyor.

Bu sızılar bu qədər möhtac olduğumuz beynəlmiləl ülfətlərə suyi-təsir edər. Bilxassə gürcü-türk yaxınlığına böyük səktələr, böyük zərbələr vurar.

Faiq əfəndinin canilərlə bir otaqda məhbus qalması, Faiqin işgəncə edilməsi, həm gürcülər əlində işgəncə edilməsi qədər vicdan əzici bir xəbər. Əcəba, bütün bunlar doğrumudur?!..

Məlumati-müvafiqə məəttəssüf bunun doğru olduğunu bildirməkdədir.

Bu xəbər bütün Azərbaycan məhafilində bir protesto tufanı qoparmaya bilməz!

Azərbaycan, yalnız Azərbaycan degil, türk həyati-ədəbiyyə ictimaiyyəsi ilə aşina olan hər kəs, bu mənfur xəbəri oxuduqda istəkli qələm arkadaşımıza qarşı vaqe olan bu təvəhhinə qarşı lənət şərarəsi yağdırmaya bilməz!..

Faiq əfəndi cani olamaz, siyasi fikrindən ötrü bir şəxsi cəzalandırmaq bilməm ki, Gürcüstan cümhuriyyətinin şanına karmı?!..

Qoy bu sualın cavabını Gürcüstan siyasi məhfilləri versinlər.

Azərbaycan məhafilinin bu məsələ üzərindəki təsirini xülasə edərsək, yalnız şunu söyləyə biləriz:

Vicdan sızlıyor!..

M.Ə.

Azərbaycan”, 27 qanuni-sani (yanvar) 1919, №98

Binəzirmisilsiz
Məşruqanuni
Hətkşərəfsizlik, yırtma, yarma
Mücrimgünahkar, təqsirli
Ədnayarıq, həqir
Cərihədaryaralı
Səktədurğunluq, zərər, xələl
Şərarpislik, yamanlıq
Təvəhhinvahiməyə düşmə, qorxu
Mötərmaməhbus
Qüruni-vüstaorta əsrlər

(Ardı var)

 





17.06.2014    çap et  çap et