525.Az

Ombudsman Aparatının Qarabağda regional mərkəzi açılacaq


 

Ombudsman Aparatının Qarabağda regional mərkəzi açılacaq<b style="color:red"></b>


“Bizim regional mərkəzlərimizin hər birində 3 əməkdaş çalışır. Amma onların qərar qəbul etmək səlahiyyəti yoxdur”.

525.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsinin müzakirəsi zamanı regional mərkəzlərlə bağlı iradlara cavab verən Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə deyib.

O bildirib ki, 4 regional mərkəzləri var: “Birinin də Qarabağda açılması planlaşdırılır. Amma regional mərkəzlərin işinin daha da təkmilləşdirilməsi üçün təklifləri diqqətə alacağıq. Bizim cənub regional mərkəzimizin fəaliyyəti artıq genişləndirilib”.

 





07.10.2022    çap et  çap et