525.Az

"F-16"larla bağlı alternativimiz var" - Türkiyə Prezidenti


 

"F-16"larla bağlı alternativimiz var" -<b style="color:red"> Türkiyə Prezidenti</b>

“Dünyada "F-16"ların da alternativləri var”.

525.az xəbər verir kii, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“Patriotlarla bağlı istəklərimiz ödənmədiyinə görə, "S-400"ləri aldıq. Əgər ABŞ-da ehtiyacımızı ödəməsə, dünyada bu istəyimizi qarşılaya biləcək çox ölkə var”, - dövlət başçısı bildirib.

Qeyd edək ki, ABŞ-dakı erməni və yunan lobbiləri "F-16" qırıcı təyyarələrinin Türkiyəyə satılmasına qarşı çıxırlar. ABŞ Prezidenti Cpzef Bayden sözgüedən təyyarələrin Türkiyəyə tədarükü ilə bağlı vəd versə də, bu, hələ baş tutmayıb.

 





07.10.2022    çap et  çap et