525.Az

Ölkədə hansı fənn üzrə müəllimlərin sayı daha çoxdur? - STATİSTİKA


 

Ölkədə hansı fənn üzrə müəllimlərin sayı daha çoxdur? - <b style="color:red">STATİSTİKA</b>

Respublika üzrə ən çox müəllim sayı Azərbaycan dili fənni üzrədir. Belə ki, respublika üzrə Azərbaycan dili müəllimlərinin sayı 15 min 926-dır. İngilis dili fənni üzrə müəllim sayı isə 14 min 765-dir.

Elm və Təhsil Nazirliyindən 525.az-a verilən məlumata görə, ölkə üzrə riyaziyyat müəllimlərinin sayı 14 min 154, fiziki tərbiyə müəllimlərinin sayı 7 min 912, biologiya müəllimlərinin sayı 6 min 68, fizika müəllimlərinin sayı 5 min 885, kimya müəllimlərinin sayı 4 555, musiqi və nəğmə müəllimlərinin sayı 3 min 403-dür. İbtidai təhsil üzrə dərs deyən müəllimlərin sayı isə 38 min 951-dir.

Bakı üzrə rəqəmlərə gəldikdə isə, paytaxtda ibtidai sinif müəllimləri sayca çoxdur. Belə ki, nazirliyin məlumatına görə, paytaxt məktəblərində 6 min 921 ibtidai sinif müəllimi çalışır. Fənlər üzrə rəqəmlərə gəldikdə isə, paytaxtda ingilis dili müəllimləri digər fənn müəllimləri ilə müqayisədə daha çoxdur. Belə ki, Bakıda ingilis dili müəllimlərinin sayı 3 min 715, Azərbaycn dili müəllimlərinin sayı 3 min 210, riyaziyyat müəllimlərinin sayı 2 min 828, fiziki tərbiyə müəllimlərinin sayı 1 481, biologiya müəllimlərinin sayı 1 123, coğrafiya müəllimlərinin sayı 1039, fizika müəllimlərinin sayı 1 008, kimya müəllimlərinin sayı 812, musiqi müəllimlərinin sayı isə 517-dir.

Sevinc Qarayeva

 





07.10.2022    çap et  çap et