525.Az

Türkiyə nümayəndə heyəti təhsil müəssisələrində olub


 

Türkiyə nümayəndə heyəti təhsil müəssisələrində olub<b style="color:red"></b>

Ankara, İstanbul, İzmir və Antalya Təhsil İdarələri rəhbərlərinin ölkəmizə səfəri davam edir.

Səfər zamanı türkiyəli qonaqlar - Ankara Təhsil İdarəsinin müdiri Harun Fatsa, İstanbul Təhsil İdarəsinin müdir müavini Mustafa Akhan, İzmir Təhsil İdarəsinin müdiri Murat Mücahit Yentür, Antalya Təhsil İdarəsinin müdiri Emre Çalışkan, Elm və Təhsil Nazirliyinin nümayəndələri Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.

Türkiyəli qonaqlar 20 nömrəli məktəb-lseydə və Bülbül adına Orta İxtisas Musiqi Məktəbində olublar. Qonaqlara məktəblərin fəaliyyəti, o cümlədən əldə olunmuş uğurlar haqqında geniş məlumat verilib.

Paytaxtdakı 20 nömrəli məktəb-liseydə qonaqlar “STEAM” və “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiq olduğu siniflərlə tanış olublar.

Həmçinin “Dəyirmi masa” ətrafında davam edən görüş zamanı nümayəndə heyəti məktəbəqədər və ümumi təhsil sahəsindəki inkişaf, təhsildə rəqəmsal çevrilmənin tətbiq edilməsi, STEAM təlim texnologiyaları ilə maraqlanıblar. Qardaş ölkə olan Türkiyə ilə təhsil sahəsində əlaqələri genişləndirmək və qarşılıqlı əməkdaşlıq çərçivəsində Bakı şəhəri ilə Ankara, İstanbul, İzmir və Antalya şəhərlərinin ümumi təhsil müəssisələri arasında münasibətləri daha da inkişaf etdirməklə bağlı fikir müabidləsi aparılıb.

Sevinc Qarayeva

 





07.10.2022    çap et  çap et