“İşğaldan azad edilən torpaqlarımızın yenidən qurulması istiqamətində ciddi layihələr həyata keçirilir, genişmiqyaslı işlər görülür. Qarabağda gedən quruculuq prosesinə xarici və tanınmış ekspertlərin, şirkətlərin cəlb edilməsi, onların bölgədə aktiv şəkildə iştirakı olduqca vacibdir”.
525.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. Millət vəkili bildirib ki, Qarabağda qurulan və yaxın gələcəkdə istifadə veriləcək yaşayış məntəqələrinin müasir çağırışlara uyğun reallaşmasını özündə ehtiva edir: “Nəzərə alaq ki, Qarabağ və Şərqi Zəngəzurda "ağıllı şəhər və kənd" layihələrinə uyğun olaraq yaşayış məntəqələri salınıb. Digər mühüm məqamlardan biri müasir şəhərsalma prinsiplərinə uyğun olaraq Qarabağın yenidən qurulmasıdır. O baxımdan Avropanı və inkişaf etmiş ölkələri təmsil edən aparıcı şirkətlərin şəhərsalma prosesinə cəlb edilməsi Qarabağ və Şərqi Zəngəzur bölgələrində modern metodlara uyğun yaşayış məntəqələrinin inşasına imkan verəcək”.
Sevinc Qarayeva