525.Az

Bakıda Koreya Yemək festivalı


 

Bakıda Koreya Yemək festivalı<b style="color:red"></b>

Koreya Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Milli Gün tədbiri ilə yanaşı, Koreya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyinə həsr edilmiş Koreya Yemək Festivalı da keçirilib.

Səfirlikdən “525”ə verilən məlumata görə, bu ilki festivala Jecu şəhəri Amber otelinin baş aşpazı Kim İnho və 3 nəfərlik komandası dəvət edilib, dok kalbi, ccimdak, kimbab, dokboki, çapçe və suconqkva çayının daxil olduğu Koreya mətbəxinin nümunələrini qonaqlara təqdim ediblər. Həmçinin, ramyon, Koreya məzələri, kimçi, qoçucanq kimi 40-a yaxın Koreya yeyinti məhsullarının sərgiləndiyi məlumat köşkü də təşkil edilərək iştirakçıların diqqətini cəlb etməyi bacarmışdır.

Tədbirdə, Azərbaycanı xarici işlər nazirinin müavini və digər dövlət rəsmiləri, diplomatik korpusun nümayəndələri, koreyalılar, tələbələr, Koreya ilə əlaqəli işlərdə və birliklərdə fəaliyyət göstərən şəxslər də daxil olmaqla ümumilikdə 500-ə yaxın qonaq iştirak edib.

Baş aşpaz Kim İnho kimbab hazırlanmasını canlı olaraq göstərməklə qonaqların böyük marağına səbəb olub.

Bu ilki tədbir Koreya restoranının olmadığı Azərbaycanda insanların Koreya yeməkləri və yeyinti məhsulları ilə tanış ola bildiyi gözəl bir fürsətə çevrildi.

Səfirlik bundan sonra da bu səpgidə olan tədbirlər vasitəsilə Koreya yeməklərini Azərbaycan xalqı üçün əlçatan etməyi planlaşdırır. 

 Pərvanə SULTANOVA

 





07.10.2022    çap et  çap et