525.Az

9 ildir qaçaq fəaliyyət göstərən neft kəməri tapılıb


 

9 ildir qaçaq fəaliyyət göstərən neft kəməri tapılıb<b style="color:red"></b>

Nigeriyada əsas neft ixrac terminallarından birində 9 ildir fəaliyyət göstərən qaçaq boru kəməri aşkarlanıb.

525.az xəbər verir ki, Nigeriya Milli Neft Korporasiyasının (NNPC) baş icraçı direktoru Mallam Mele Kyari gündə 250 min barel neft ixrac edən "Shell"in "Trans Forcados" ixrac terminalında 9 ildir qaçaq işləyən bir boru kəmərinin olduğunu bildirib. Nigeriyanın neft oğurluğu ilə illərdir mübarizə apardığını qeyd edən Kyari: "Ölkədə neft oğurluğu 22 ildən çoxdur davam edir, lakin son zamanlardakı miqyası görünməmiş bir hadisədir", - deyib. Neft oğurluğunun Afrikanın ən böyük neft ixracatçısı olan Nigeriyaya gündəlik 600 min barel gəlir itkisinə səbəb olduğunu vurğulayan Kyari, bəzi şirkətlərin oğurluq səbəbiylə boru kəmərlərinə neft vurmadığını bildirib. Ölkədə neft hasilatının azalması ilə bu il 1997-ci ildən bəri ən aşağı orta gündəlik hasilat qeydə alınıb. Nigeriyada davam edən neft oğurluğu səbəbindən ölkənin neft kvotası gündəlik 1,8 milyon bareldən 1 milyon barrelə enib.

Qeyd edək ki, prezident Məhəmməd Buharinin "neft oğurluğu ilə mübarizə" vədinə və bu problemlə mübarizə üçün xüsusi bölmələr yaratmasına baxmayaraq, problem davam edir.

Məhəmməd Tağıyev

 





07.10.2022    çap et  çap et