525.Az

Gəncədə yeni doğulan uşaq ölüb


 

Gəncədə yeni doğulan uşaq ölüb<b style="color:red"></b>

Gəncə şəhərində yeni doğulan körpə ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Gəncə Perinatal Mərkəzində qeydə alınıb.
 
Bərdə rayon sakini Aygün Süleymanova doğuş üçün iyunun 14-də mərkəzə müraciət edib. Həmin gün onun oğlu dünyaya gəlib. Yarım sutkadan sonra isə uşaq mərkəzdə ölüb.
 
Aygün Süleymanovanın atası Ramiz Süleymanov qızının hamiləliyinin ilk dövründən mərkəzdə qeydiyyata düşdüyünü, dəfələrlə müayinələrdən keçdiyini, həkimlərin ona hər şeyin qaydasında olduğunu dediklərini bildirib.
Onun sözlərinə görə, uşağın ölümünün səbəbi açıqlanmır.
 
Bu, A. Süleymanovanın ikinci hamiləliyi olub.
 
Bərdə rayon sakini olan A. Süleymanovanın həyat yoldaşı hərbçidir və Daşkəsəndəki hərbi hissələrdən birində qulluq edir.
 

 





17.06.2014    çap et  çap et