525.Az

Prokurorluq orqanlarında işləmək istəyənlər üçün test imtahanı keçirilib


 

Prokurorluq orqanlarında işləmək istəyənlər üçün test imtahanı keçirilib<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə müvafiq olaraq prokurorluq orqanlarında işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

Dövlət İmtahanı Mərkəzindən 525.az-a verilən xəbərə görə, imtahan kompüterlər vasitəsilə elektron qaydada DİM-in Bakı ş., Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında saat 10:00 və 15:00 olmaqla, 2 növbədə keçirilib.

İmtahanlar başa çatdıqdan dərhal sonra namizədlərə nəticələri haqqında arayış təqdim olunub.

Qeyd edək ki, imtahanda iştirak etmiş 363 namizəddən 175 nəfər müsabiqə şərtini (70 və daha çox bal) ödəyərək növbəti mərhələyə buraxılıb.

 





07.10.2022    çap et  çap et